
_______________________________________________________________________________________

Ombudsman həyəcan təbili çaldı
"HİV uşaq bağçalarına və məktəblərə ayaq açır", -bunu Ombudsman Aparatının BMT-nin Narkotiklər və Cinayətkarlıq Üzrə İdarəsinin Mərkəzi Asiyadakı nümayəndəliyi ilə birgə "İnsan hüquqları və HİV/AİDS-in qarşısının alınması" mövzusunda keçirdiyi konfransda ombudsman Elmira Süleymanova deyib. Müvəkkil son vaxtlar Azərbaycanda HİV-ə yoluxanların sayının artdığını və xəstəliyin getdikcə "gəncləşdiyini" deyib. Qeyd edib ki, HİV-ə tutulmuş anaların dünyaya gə¬tirdiyi uşaqların da virusa yoluxması səbəbindən xəstəlik uşaq bağçalarına və məktəblərə ayaq açır.
Davamı...
Надя Бенаисса, участница группы No Angels, представлявшей в прошлом году Германию на песенном конкурсе «Евровидение», обвиняется в преднамеренном заражении ВИЧ как минимум трех человек, пишет британское издание The Daily Как оказалось, 26-летняя певица, знавшая о своем диагнозе, не использовала при половых контактах контрацептивы и не предупреждала партнеров. Прокуратура заявила, что у одного мужчины результат теста на СПИД уже оказался позитивным, и что Бенаисса является «главной подозреваемой».
Daha 321 Azərbaycan vətəndaşı HİV-ə yoluxdu...
2008-ci ilin 9 ayında - yanvar-sentyabr ayları ərzində Azərbaycanda 329 yeni HİV-ə yoluxma faktı aşkarlanıb. Yoluxma aşkarlanan şəxslərdən 321-i (97,6%) Azərbaycan vətəndaşı, 8-i (2,4%) əcnəbidir. HIV daşıyıcısı kimi qeydiyyata alınmış 321 Azərbaycan vətəndaşından 256-sı (79,8%) kişi, 65-i (20,2%) qadındır. Onlardan 46-ı (14,3%) virusa respublikadan kənarda yoluxub [1].
Davamı...
Zərərin Azaldılması Şəbəkəsi Qlobal Fonda layihə ilə müraciət edəcək
Azərbaycanda HİV/AİDS-ə qarşı mübarizə aparan və bununla bağlı profilaktik tədbirlər həyata keçirən 32 qeyri-hökumət təşkilatının (QHT) təmsil olunduğu Zərərin Azaldılması Şəbəkəsi (ZAŞ) 2008-ci ilin 13-14 oktyabr günlərində qurumun 2-ci Forumunu keçirdi. Tədbirdə 20-dən yuxarı təşkilat iştirak edirdi. Xatırladaq ki, qurumun ilk təsis forumu 2008-ci ilin mart ayında keçirilib və təşkilatlar birgə fəaliyyətə dair memorandum imzalamaqla yanaşı, qurumun cari ildə göstərəcəyi fəaliyyətin prioritetlərinə dair müzakirələr aparıb.
Davamı...

HİV-ə yoluxma zamanı virus səthində SD-4 molekulası olan hüceyrə ilə qarşılaşır. Bu zaman qlikoprotein "göbələkləri" bu molekulalardan bərk-bərk "yapışır", sahib-hüceyrəni açar kimi açır. Daha doğrusu, virus qişası ilə hüce
yrə birləşir və virusun genetik materialı hüceyrəyə düşür. HİV virusların retrovirus adlanan xüsusi qrupuna aiddir. Təbiətdə mövcud olan əksər hüceyrələrin və virusların genetik informasiyaları DNT şəklində kodlaşdırılıb. HİV-də isə bu informasiyalar RNT şəklində kodlaşdırılıb. Bu üzdən virusa özünün genetik informasiyasını sahib-hüceyrənin "başa düşdüyü" dilə, yəni, RNT-sini DNT-yə çevirmək lazım gəlir. Bunun üçün virus əksinə transkriptaz adlanan fermentdən istifadə edir ki, bunun köməyi ilə də RNT DNT-yə çevrilir.
